Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Fədək” MMC-nin hüquqi rəhbəri Elşad Qasımovun ölkədən çıxışına “stop” qoyulub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə təqdimat verilib.
Təqdimatda qeyd olunub ki, külli miqdarda borcu olan Elşad Qasımov Azərbaycan hüdudlarından kənara çıxmağa hazırlaşır, bu səbəbdən onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılmalıdır.
Bundan başqa, təqdimatda o da qeyd olunub ki, dəyəri 117 877 manat olan əmlaklar “Fədək” MMC-dən tutularaq tələbkara ödənilməlidir.
Məhkəmə icra məmurunun təqdimatını təmin edib.
Qeyd edək ki, “Fədək” MMC mətbuatın gündəminə mütəmadi olaraq sakinlərin şikayəti əsasında gəlib. Şirkət daha çox sökülən binaların sakinlərinə tələb olunan kompensasiyasını verməməkdə ittiha olunub.