LERİK, 24 fevral. TELEQRAF

Cənub bölgəsində hava şəraitinin dəyişməsi nəticəsində Lerik rayonunun dağlıq ərazilərinə qar yağıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ötən gündən bölgədə temperatur aşağı düşüb, dağlıq zonalarda yağıntı müşahidə olunur.

Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, şəhər ərazisində qısamüddətli qar yağıb, hazırda isə dumanlı hava şəraiti hökm sürür. Dağlarda qar yağışı davam edir.

Rəsmi şəxsin sözlərinə görə, avtomobil yolları açıqdır, elektrik enerjisi və təbii qazın verilişində hər hansı problem yoxdur. Vəziyyət nəzarət altındadır.