BAKI, 24 fevral. TELEQRAF
Fevralın 24-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.