BAKI, 20 fevral. TELEQRAF
"Ötən dövr məhkəmə sistemi üçün səmərəli və məhsuldar olsa da, qarşımızda hələ bir sıra vacib vəzifələr dayanır. Hesab edirəm ki, vahid məhkəmə təcrübəsinin daha geniş tətbiqi sayəsində qərarların proqnozlaşdırıla bilən olması mühüm əhəmiyət daşıyır".
Teleqraf-ın xəbərinə görə, bu barədə Məhkəmə-Huquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərin ikinci Forumunda deyib.
İnam Kərimov qeyd edib ki, həmçinin hakimlərin iş yükünün optimallaşdırılması, onların sosial təminatının gücləndirilməsi və etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzindədir.
Bu baxımdan deyə bilərik ki, süni intellektin məhkəmə-hüquq sahəsində də tətbiqi reallığa çevrilib. Düzgün istifadə olunduqda məhkəmə təcrübəsinin təhlili, hüquqi sənədlərin hazırlanması və risklərin qiymətləndirilməsi prosesində mühüm dəstək vasitəsi kimi çıxış edə bilər. Buna görə də hazırda məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılmaqdadır.
"Bu baxımdan deyə bilərik ki, süni intellektin məhkəmə-hüquq sahəsində də tətbiqi reallığa çevrilib. Düzgün istifadə olunduqda məhkəmə təcrübəsinin təhlili, hüquqi sənədlərin hazırlanması və risklərin qiymətləndirilməsi prosesində mühüm dəstək vasitəsi kimi çıxış edə bilər. Buna görə də hazırda məhkəmə sistemində süni intellektin tətbiqi ilə bağlı konkret addımlar atılmaqdadır", - deyə İnam Kərimov qeyd edib.
O qeyd edsib ki, ötən dövr məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub: "Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib".
İnam Kərimovun sözlərinə görə, 2025-ci il həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb. Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, qarşılıqlı anlaşma memorandumlarının imzalanması, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqləyib: "Bu çərçivədə hakimlərimiz müxtəlif ölkələrdə təlim proqramlarında iştirak edib, xarici mütəxəssislər ölkəmizə səfərlər etmişlər. Xüsusən, dövlət başçısının təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi məhkəmə sisteminə olan yüksək diqqətin təzahürü olub.
Bildiyiniz kimi, Ali Məhkəmənin təşəbbüsü ilə yaradılmış “Femida Dialoq Platforması” vətəndaş cəmiyyəti ilə məhkəmə arasında dialoqun inkişafına xidmət edir. Bu platforma çərçivəsində ötən dövrdə bir sıra görüşlər keçirilmiş və bugünkü Hakimlərin II Forumu məhz həmin müzakirələrin məntiqi davamı kimi çıxış edir.
Azərbaycan Hakimlər İttifaqının təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunmuş bugünkü Forumda aktual hüquqi məsələlər üzrə Panel müzakirələr təşkil olunacaq. Fürsətdən istifadə edərək, Hakimlər İttifaqına və bu Forumun təşkilində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Əminəm ki, burada bir çox dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə aparılan müzakirələr yeni ideyaların, təşəbbüslərin formalaşmasına və məhkəmə sisteminin inkişafına mühüm töhfə verəcəkdir".