BAKI, 20 fevral. TELEQRAF

"Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib".

Teleqraf-ın xəbərinə görə, bu barədə Məhkəmə-Huquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərin ikinci Forumunda deyib.

İnam Kərimov qeyd edib ki, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib.