BAKI, 9 fevral. TELEQRAF
Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.