BAKI, 27 yanvar. TELEQRAF
"Azərbaycanda kişi və qadınlar üçün maaşlarda cinsiyyət ayrıseçkiliyi yoxdur".
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, təyin olunan əməkhaqqı vəzifə üçündür:
"Həmin vəzifələr üzrə həm qadın, həm də kişilər işləyə bilər", - sədr əlavə edib.