BAKI, 20 yanvar. TELEQRAF

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.