BAKI, 19 yanvar. TELEQRAF
Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10259701 nəfərə çatıb.
Teleqraf xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.