BAKI, 17 yanvar. TELEQRAF
Azərbaycan tibb elminə itki üz verib.
Teleqraf xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının dosenti Ədalət Rüstəm vəfat edib.
ATU rəhbərliyi və professor-müəllim heyəti adından mərhuma Allahdan rəhmət, ailəsinə dərin hüznlə başsağlığı diləyib!