BAKI, 12 yanvar. TELEQRAF
Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 19 noyabr – 17 dekabr 2025-ci il tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.
Bu barədə Teleqraf-a Vəkillər Kollegiyasından bildirilib.
Məlumata görə, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 70 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 59 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi 19 yanvar 2026-cı il tarixində saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə buradan tanış olmaq olar.