BAKI, 2 dekabr. TELEQRAF

Saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.

Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.