BAKI, 28 noyabr. TELEQRAF
TDT toplantısında 2026-cı ildə atılacaq addımlarla bağlı qərarlar qəbul olundu.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə TDT-yə üzv dövlətlərin əsas diqqət mərkəzində dezinformasiya ilə mübarizə və məlumatın düzgün şəkildə paylaşılması məsələləri dayanıb.
“TDT təşkilatı qarşıdakı illərdə digər sahələr üzrə əməkdaşlığın da əhəmiyyətli dərəcədə genişləndirilməsinə töhfə verəcək”, - o əlavə edib.