BAKI, 28 noyabr. TELEQRAF
"Teleməkanda kontenti genişləndirməliyik və bunu ortaq etməliyik, əks alda daha geniş auditoriyaya çıxa bilməyəcəyik".
Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət nazirinin müavini Kanat İskakov bu gün Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O bildirib ki, uşaqlar üçün Türk dilində yaradılan məzmun, cizgi filmi formalaşmalıdır.
"Bu gələcək nəsilin dünya görüşünün formalaşması üçün vacibdir. Ölkələrimiz arasında bir sıra təhdidlər var, buna görə də KİV sahəsində qanunvericiliyi möhkəmləndiririk. Telekörpü formatında baş tutan layihəmiz də ölkələr əsasında mədəni və humanitar əməkdaşlığı ehtiva edir", - o əlavə edib.