BAKI, 21 noyabr. TELEQRAF

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.

Teleqraf xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsində hesabında bildirib.

"ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşdük. Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi apardıq",- deyə nazir qeyd edib.