BAKI, 20 noyabr. TELEQRAF

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.

Bu barərə Teleqraf-a Hakimlərin Seçki Komitəsindən bildirilib.

Məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 160 nəfər hakimliyə namizədlə bu ilin noyabrın 30-da saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108) yazılı imtahan keçiriləcəkdir.

"Bununla əlaqədar namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62" - deyə məlumatda qeyd olunub.