BAKI, 19 noyabr. TELEQRAF
“802” qaynar xətt telefon zəng xidmətinə 1026 vətəndaş müraciəti daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında məlumat verilib.
Bildirilib ki, onların 118-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 60-ı narkotik asılılıqdan müalicə, 848-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 178 məktub ünvanlanıb.