XOCALI, 18 sentyabr. TELEQRAF
Ağdam şəhərinə bu ilin payız aylarında ilk köçün reallaşacağını gözləyirik. İkinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, paralel olaraq dördüncü və beşinci yaşayış kompleksinin tikintisi tam sürətlə davam edir.
“Eyni zamanda sentyabr və oktyabr aylarında üçüncü yaşayış kompleksinin tikintisinə başlayırıq. İlin sonuna doğru birinci yaşayış kompleksinin tikintisinə start veriləcək.
Ümumilikdə plana görə Füzuli şəhərində ikinci yaşayış kompleksinin şaquli planlama işlərinə bu ay başlanılacaq. İlin sonuna qədər də tikinti layihəsinə start veriləcək. Gələn il də üçüncü yaşayış kompleksinə başlamağı planlaşdırırıq.
Kəndlərə gəldikcə Ağdamda üç kənd- Xıdırlı, Kəngərli və Sarıcalı artıq təhvil verilib. Orada keçmiş məcburi köçkünlər yaşayır. Sentyabr ayında digər 2 kəndin də tikintisinə başlanılır”, - E.Hüseynov vurğulayıb.