XOCALI, 18 sentyabr. TELEQRAF
"İlin sonunadək Hadrut qəsəbəsinə 79, Qırmızı Bazara 117, Sos kəndinə isə 85 ailə köçürüləcək".
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Xocavənd, Füzuli rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa quruculuq işləri sürətlə davam edir.
"Bu yaxınlarda möhtərəm cənab Prezidentin Xocavənd və Füzuli rayonlarına növbəti səfəri baş tutub. Səfər çərçivəsində Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyuldu. Xocavənd rayonuna artıq ilk əhali qrupunun köçürülməsinə başlanıldı. Beləki, Hadrut və Qırmızı Bazar qəsəbələrində 10 ailə, Sos kəndində də 10 ailə yaşayışla təmin olundu.
Bu kənd və qəsəbələrdən başqa Xocavənd şəhəri daxil olmaqla ətraf kəndlərə ümumilikdə 1552 ailənin köçü nəzərdə tutulub".