BAKI, 18 sentyabr. TELEQRAF

Yol-nəqliyyat hadisələri ilə bağlı cinayət faktlarında azalma müşahidə olunur.

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov bildirib.

O bildirib ki, bu sahədə cinayət faktlarının sayı 20% azalıb.

"Reallıq sosial şəbəkələrdə göründüyü kimi deyil, kifayət qədər əhəmiyyətli azalma mövcuddur" , - o, qeyd edib.