BAKI, 2 sentyabr. TELEQRAF
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində ikimərtəbəli tikilinin yanar konstruksiyaları və ona bitişik evin dam örtüyü yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Digər bitişik evlər yanğından mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.