TƏRTƏR, 8 avqust. TELEQRAF
Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəzada ölənlər bunlardır.
"Opel" markalı avtomobilin sürücüsü, 1972 - ci il təvəllüdlü Tərtər şəhər sakini Mustafayev Ramin Nurəddin oğlu
Sərnişinlər, 1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və onun oğlu 1998 - ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu
***
18:23
Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "OPEL" markalı minik maşını "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.