BAKI, 8 iyul. TELEQRAF
Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.
Bildirilib ki, fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi nümayiş edilir.
Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) üzrə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.
"Fakültəmizdə tətbiq etdiyimiz müasir təhsil modelini praktiki biliklərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrasiya olunmuş və fənlərarası təhsil modeli ilə multidissiplinar yanaşmanın inkişafı olacaq. Bundan əlavə, güclü tədqiqat aparmaq və liderlik etmək üçün inkişaf üçün də imkanlar təqdim olunacaq.
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri:
Beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti;
Pasiyentmərkəzli yanaşma – yalnız müalicə deyil, insanı anlamağı öyrədən proqramlar;
Multidissiplinar təhsil – tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inkişafı;
Müasir tibbi texnologiya və innovativ Ən tədris metodları;
Qarabağ Universitetinin klinikasında təcrübə;
Müasir simulyasiya mərkəzi.
Fakültəmizin fərqli xüsusiyyətlərindən biri olmaq üçün seçmə fənn olaraq incəsənətin tədris planına daxil edilir. İncəsənət, inkişafin özünüifadə, qrup birlik və işləmə bacarıqlarının mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma əsasında əsaslara fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları artırmaq üçün əlavə imkanlar təqdim edir", - məlumatda qeyd olunub.