BAKI, 25 iyun. TELEQRAF
Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qızı Aylin Şəfiyeva və yeznəsi Sadiq Şəfiyev Vəkillər Kollegiyasına üzv olub.
Teleqraf xəbər verir ki, Aylin Şəfiyeva və onun həyat yoldaşı Sadiq Şəfiyev vəkil andı içərək Vəkillər Kollegiyasına üzv olublar.
Qeyd edək ki, İkram Şirinovun oğlu Sənan Şirinov da uzun müddətdir Vəkillər Kollegiyasının üzvüdür.
Bundan başqa, Bakı Dövlət Universitetinin Beynəlxalq ümümi hüquq kafedrasının dosenti, hüquq elmlər doktoru Mehriban Eyyubova Vəkillər Kollegiyasına üzv olub.
O, bu gün and içərək Vəkillər Kollegiyasına üzv qəbul olunub.