BAKI, 25 iyun. TELEQRAF
Azərbaycanda qadıni vəkillərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qadın vəkillərin sayı 580 nəfərə çatıb. Bu, ümumi vəkil sayının 21 faizini təşkil edir.