QAZAX, 7 iyun. TELEQRAF
Gecə saatlarında əsən güclü külək Qazax rayonunda binanın dam örtüyünü uçurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin Azadlıq küçəsi, 208 ünvanında yerləşən beş mərtəbəli çoxmənzilli yaşayış binasının 1950 kv.m dam örtüyünün 300 kv.m hissəsi uçub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda Qazax şəhərində küləkli hava şəraiti dayanıb.
