BAKI, 6 iyun. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Həmçinin gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.