​AĞDAM, 31 may. TELEQRAF

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilən Ağdam rayonuna gəlibnlər. Qonaqlar, səfər zamanı 30 il ərzində burada törədilmiş dağıntılar həmçinin tarixi yerlərlə də tanış olublar.

Teleqraf-ın yerli müxbirinin xəbərinə görə, Ağdam şəhərinə səfər edən nümayəndə heyəti Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi - mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar verilib.

Qeyd edək ki, 30 - dan çox azərbaycanlı din xadiminin iştirak etdiyi səfər 2 iyun tarixinə kimi davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.