BAKI, 29 may. TELEQRAF
Xəzər Universitetində bıçaqlanan tələbənin hazırkı durumu ilə bağlı TƏBİB açıqlama verib.
Qurumdan Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, 29 may 2025-ci il tarixində saat 11:30 radələrində Nizami rayonundakı Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və əməliyyat blokuna alınıb.
Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir.
***
13:32
Xəzər Universitetində bıçaqlanma hadisəsi olub, xəsarət o qədər də ciddi deyil. Hazırda xəsarət alan tələbə əməliyyat olunur.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
Hadisə ilə bağlı DİN-dən Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.