GORANBOY, 24 may. TELEQRAF
Goranboyda kafedə baş verən mübahisə zəminində iki nəfər bıçaqlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, İsmayıl Məmmədov və onun dostu Səfikürd kənd sakini 1985-ci il təvəllüdlü Zaur Muradov bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni Zeyvə kənd sakini 1981-ci il təvəllüdlü Vüsal Sarıyev törədib.
Vüsal Sarıyev saxlanılıb.
İsmayıl Məmmədov Xocalı musiqi məktəbində müəllim işləyir.
Faktla bağlı araşdırma başlanılıb.