BAKI, 23 may. TELEQRAF

"Bugünkü tədbir ölkələr arasında mədəniyyət körpüsüdür".

Teleqraf xəbər verir ki, bu fikirləri Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ADA Universitetində keçirilən Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti festivalında deyib.

"Festival digər ölkələrin mədəniyyətini və xalqını tanıtmaq baxımından əhəmiyyətlidir. Biz birlikdə olanda daha da güclü oluruq. Bizim birliyimiz bizi gücləndirir. Festivalda Moldovanın mədəniyyətini təqdim edən milli mətbəx nümunələri təqdim olunur", - deyə bildirib.