QUBA, 16 may. TELEQRAF

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Elşən Ərzumanov dəfn olunub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, onun nəşi mayın 16-da ailəsinə təhvil verilib.

Sonra şəhidlə vaxtilə yaşadığı Quba şəhərindəki evlərində vida mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida bitdikdən sonra E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Xatırladaq ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü ilin martın 23-də Quba şəhərində anadan olub. 1993-cü ilin aprelin 5-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşmüşdü.