BAKI, 10 may. TELEQRAF
Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Baş prokuror Kamran Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Mərkəzi Bankın sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.




.jpg)
***
10:41
Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.
Teleqraf xəbər verir ki, Milli Məclisin deputatları - Ziyafət Əsgərov, Musa Quliyev, Səməd Seyidov, Sevil Mikayılova, Hicran Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.







***
10:15
Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.
Teleqraf xəbər verir ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, energetika naziri Pərviz Şahbazov, səhiyyə naziri Teymur Musayev, Dini Qurumlar Üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov, Ombudsman Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.












***
09:53
Dövlət və hökumət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabana ziyarəti davam edir.
Teleqraf xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin xüsusi məsələlər üzrə köməkçisi Elçin Əmirbəyov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

.jpg)
.jpg)
.jpg)
***
09:14
Dövlət və hökumət nümayəndələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və müdafiə naziri general-polkovnik Zakir Həsənov Ulu Öndərin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.


FOTO: Elnur Muxtar, Firudin Səlimov