BAKI, 2 may. TELEQRAF
"Dövlət sektorunda son illərdə aparılan dəyişikliklər sadəcə fiziki infrastrukturun yenilənməsi deyil".
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumda deyib.
O bildirib ki, xidmət keyfiyyətinin yüksəldilməsi və iqtisadi artımın sürətləndirilməsi də əsas prioritetlərdəndir.
Onun sözlərinə görə, Cənab Prezidentin sərəncamı ilə dəstəklənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın növbəti 5 il üçün yol xəritəsi müəyyənləşib.
"Bu yol xəritəsi təhlükəsiz, dayanıqlı, insan yönümlü şəhərə keçidi hədəfləyir. Paytaxda və ətraf ərazilərdə vətəndaşların məkana rahat çatması məqsədi ilə ictimai nəqliyyatda əlçatanlılıq artırılır".