
MİNGƏÇEVİR, 17 mart. TELEQRAF
Mingəçevir şəhərində qəbiristanlığa yaxınlarının məzarını ziyarət üçün gedən 83 yaşlı qadın orada dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Havarlı qəbiristanlığında baş verib.
Məlumata görə, vəfat edən şəxs 1942-ci il təvəllüdlü Nəbiyeva Şövkət Abbas qızıdır.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.