BAKI, 15 mart. TELEQRAF

Qlobal səviyyədə baş verən hadisələr qadınların həyatına birbaşa təsir edir.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender-Təhlükəsizlik-İqlim Bağlantısı” panel müzakirələrində Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa bildirib.

Onun sözlərinə görə, müharibə, iqlim dəyişikliyi və digər problemlərin qadınlara ciddi təsiri var.

"Dünyanın müəyyən bölgələrində qadınlar daha çox risk altında yaşayır. Bəs bunu necə aradan qaldıra bilərik? ABŞ Prezidenti Donald Tramp bu məsələyə çox etinasız yanaşır. Onun fikrincə, yaşıl iqtisadiyyata keçid pul tələsidir, qadınların cəmiyyətdəki roluna xüsusi diqqətin ayrılması lazımsızdır. Amma bu belə deyil. Su çatışmazlığı müşahidə olunan bəzi bölgələrdə qadınlar su daşımaq üçün böyük məsafə qət etməli olurlar və hətta zorakılığa məruz qalırlar. Bütün bunlar iqlim böhranının qadınların yaşayışına təsirinin göstəricisidir.Bu baxımdan, məlumatlandırma kampaniyası effektiv şəkildə təşkil olunmalı və iqlim dəyişikliyinin qadınların həyatına təsiri ilə bağlı düzgün qiymətləndirmə aparılmalıdır", - Vayra Vike-Frayberqa qeyd edib.