
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Xocalı soyqırımının günahkarlarının cəzalandırılacağını bildirib.
Teleqraf.com xəbər verir ki, PA rəsmisi bu barədə “Twitter” hesabında yazıb.
“Əminəm ki, erməni quldurları qocalara, qadınlara və uşaqlara qarşı törətdikləri vəhşiliklərə görə layiqli cəzalarını alacaqlar”, - deyə N. Məmmədov vurğulayıb.