Kənd təsərrüfatı naziri Heydər Əsədov Fransada bu ölkənin kənd təsərrüfatı, ərzaq və meşəçilik naziri Stefan Le Foll ilə görüş keçirib.

Teleqraf.com-un xəbərinə görə, görüşdə Fransa prezidenti Fransua Olandın 2014-cu ilin mayında ölkəmizə səfəri zamanı imzalanmiş Anlaşma Memorandumunun əməkdaşlıq ücün hüquqi baza yaratdığı qeyd olunub, əməkdaşlığın praktiki müstəvidə davam etdirilməsi məqsədilə işçi qrupun yaradılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin südçülük, üzümçülük və şərabçılıq sahələrində əməkdaşlıq imkanları, Fransa iş adamlarının ölkəmizin kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu ilə bağlı məsələlər, cins heyvandarlıq və süni mayalama sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə həmçinin pendir və yağ istehsalı sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Fransalı nazir ölkəmizin investisiya imkanları ilə yaxından tanış olmaq məqsədilə Azərbaycana Fransanın kənd təsərrüfatı və ərzaq sənayesi sahəsini təmsil edən iş adamlarının, habelə təcrübə mübadiləsi məqsədilə nümayəndə heyətinin göndərilməsini nəzərdən keçirəcəyini bildirib.

SEVİL