On tırdan ibarət humanitar yardım konvoyu Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çobanbəy keçid məntəqəsindən Suriyaya çatdırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.

"Bu humanitar yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə İdlibdə ehtiyacı olan insanlara ayrılması nəzərdə tutulub", - deyə Ayxan Hacızadə qeyd edib.

XİN rəsmisi bildirib ki, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Azərbaycan Suriyada sabitliyin bərpa edilməsi istiqamətində yardımları davam etdirmək niyyətindədir.