Deputat Aqil Abbasın polis rəisi vəzifəsindən azad edilən oğlu Tuncay Abbas Dövlət Sərhəd Xidmətində məsul vəzifəyə təyin edilib.
Teleqraf.com xəbər verir ki, Tuncay Abbas DSX-ya keçdikdən sonra ona ədliyyə polkovniki hərbi rütbəsi verilib.
Qeyd edək ki, DSX-ə yaxın mənbələr məlumatı təsdiqləyib. Yaxın günlərdə sözügedən qurum məsələ ilə bağlı rəsmi açıqlama yayacaq.