Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.

Teleqraf.com xəbər verir ki, bu qərarı COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber elan edib.

***

11:30

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının açılış mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açıb.