
TQDK ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının tarixlərini elan edib.
Teleqraf.com xəbər verir ki, bu il ərizələrin qəbulu 1 aprel - 30 aprel arasında keçiriləcək. Qəbul imtahanlarının qrafiki aşağıdakı kimidir:
II və III qruplar üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı 17 mayda, I və IV qruplar üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı 24 mayda, cari ilin məzunları üçün I və IV qruplar üzrə 14 iyulda, II və III qruplar üzrə isə 25 iyulda keçiriləcək.
SEVİL