Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının Şimali Osetiya – Alaniya Respublikasından olan nümayəndə heyətini qəbul edib.

Nazir əlavə edib ki, biz eyni regionda yaşadığımız üçün xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlər vardır və bunlara əsaslanaraq turizm, musiqi, teatr sahəsindəmübadilələrin aparılması mövcud əlaqələrin genişlənməsinə təkan verə bilər.

Sergey Takoyev qəbula görə Əbülfəs Qarayevə minnətdalığını bildirmişdir. Azərbaycanda gedən inkişafın onda yüksək təəsurat yaratdığını, ölkəmizlə əlaqələrin bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

O Şimali Osetiya-Alaniya Respublikasında yaşayan çoxsaylı azərbaycanlıların sosial həyatda fəallığını vurğulayaraq, bu amilin gələcək münasibətlərin inkişafında özünəməxsus yer tuta biləcəyini vurğulayıb.
Görüşün sonunda əməkdaşlıq üçün birgə turizm marşrutları və konkret mədəniyyət tədbirlərinin keçirilməsi qərara alınıb.

İLHAMƏ