İcbari sığorta, sığortanın həmrəylik prosesinə uyğun bir məsələdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə gedən müzakirələr zamanı millət vəkili Hadi Rəcəbli deyib. O bildirib ki, bəzi adamlar elə başa düşür ki, onun qapısında nəsə baş vermirsə, sığorta olunmamalıdır: “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə dəyişikliyə əsasən, tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta edilirlər”.

Millət vəkili qeyd edib ki, mövcud variantda isə həyat və sağlamlıq üçün təhlükəli şəraitdə dövlət səhiyyə sistemində fəaliyyət göstərən mütəxəssislər qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına məcburi sığorta olunurlar.

Xatırladaq ki, dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.

Layihə səsvermədən sonra qəbul edilib.

Nemət