Hazırda Ermənistanda gərginlik davam edir. Bu gərginliyin əsas aparıcı qüvvəsi isə kilsədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bölgəyə sülhün gəlməsinə hər zaman kilsə mane olub: “Erməni keşiş Baqrat Qalstanyan xristian dəyərlərinə belə zərbə vurur. Xristianlıq Baqratın təbliğ etdiyi dağıdıcı ideyaların əksinədir”.

Deputat bildirib ki, Baqrat növbəti dəfə erməni cəmiyyətini müharibəyə çağırır: “Onun arxasında isə keçmiş hərbi canilər dayanır. Amma erməni cəmiyyəti bütövlükdə yeni müharibə istəmir”.