Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.

Spiker Sahibə Qafarova Assambleyada çıxış edəcək.