“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının son günü üçün biletlər artıq tam satılıb.

Teleqraf.com “İticket.az” saytında qeyd edilən məlumatlara əsasən bildirir ki, festivalın ikinci gününə mayın 27-si tarixinə satışda 16 minə yaxın bilet qalıb.

Bu gün üçün satışda təxminən 4 minə yaxın bilet qalıb.

Mayın 28-29 tarixlərinə festivala giriş üçün bütün biletlər tam olaraq satılıb.

Qeyd edək ki, bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.