Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü bir santimetrdir.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.