BAKI, 26 iyul. TELEQRAF
Regionumuzda artıq yeni status-kvoya meydan oxumaq üçün cəhdlər var.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, ermənilərin yeni reallıqları sarsıtmaq meylləri, erməni gənclərinə yeni qarşıdurmalar, müharibələr aşılandığı aşkar görünür və bu, qəbuledilməzdir.
"Ona görə də Ermənistan hakimiyyəti indi diqqətini öz cəmiyyətinə yönəltməlidir. Hesab edirəm ki, konstitusiya dəyişikliyi bütün bunlara son qoyulması istiqamətində mühüm addım olacaq", - prezidentin köməkçisi vurğulayıb.