XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş zamanı qonaqlara aparılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3 iyul 2025-ci ildə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.